15 Sentyabr 17:53
8 İyun 2021 09:14
7 588
İyunun 7-də “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin üçüncü turunun oyunları keçirilib.
Rumıniyada keçirilən turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyirlər. Üçüncü turda Şəhriyar Məmmədyarov Rumıniya təmsilçisi Boqdan-Daniel Dyakla, Teymur Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla mübarizə aparıblar. Hər iki şahmatçımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb. Qeyd edək ki, təmsilçilərimizin əvvəlki qarşılaşmaları da bərabərlik şəraitində yekunlaşıb.
Turun digər oyunlarında Rumıniyanın digər təmsilçisi Konstantin Lupulesku niderlandlı Aniş Girini məğlub edib, Uesli So (ABŞ)-Aleksandr Qrişuk (Rusiya), ABŞ təmsilçisi Fabiano Karuana - ermənistanlı Levon Aronyan görüşləri də heç-heçə ilə başa çatıb.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
15 Sentyabr 19:51
805
15 Sentyabr 12:12
910
14 Sentyabr 12:38
1 295