SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
30 İyul 2021 09:24
6 818
Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın 7 klubu yer alıb.
Baş tutan qarşılaşmalardan sonra siyahıda bəzi dəyişikliklər olub. Bu, Azərbaycan klublarından yalnız ikisinin mövqeyinə də təsir edib.
Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. İsraildə “Aşdod”u 1:0 hesabı ilə üstələyərək mərhələ keçən ağdamlılar 70-ci pilləyə yüksəlib.
Premyer Liqanın vitse-çempionu 7 pilləlik sıçrayışa nail olub. 18,000 xala malik təmsilçimiz “Alkmaar”, “Feyenoord” və APOEL-lə eyni xala malikdir.
7,000 xala malik “Neftçi” 1 pillə geriləyərək 152-ci sıraya enib. 8 pillə yuvarlanan “Keşlə” 4,000 275-ci sıraya düşüb.
296-cı yerə enən “Qəbələ” 3,500 xalı var. “Qırmızı-qaralar” 3 pilləlik geriləməyə üzülüb.
Digər klublarımız - “Sumqayıt”, “Səbail” və “Zirə” 2,675 xalla 342-cidir. Onlar 1 pillə geriləyib.
Qeyd edək ki, 433 komandanın yer aldığı cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.
30 Dekabr 2025 15:19
2 261
30 Dekabr 2025 11:47
2 345
30 Dekabr 2025 11:47
2 289