Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar İdman

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bolqarıstanın Plovdiv şəhərində savat kombat üzrə Avropa çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan idmançıları yarışda 2 medal qazanıblar.

Yasin İbrahimov (56 kiloqram) gümüş, Məhəmməd Süleymanov (80 kiloqram) isə bürünc mükafata sahib çıxıb.