Gənclər çox həyəcanlı olsalar da, Prezident İlham Əliyevlə görüş gününü çoxdan gözləyirdilər - Fərid Qayıbov İdman

Gənclər çox həyəcanlı olsalar da, Prezident İlham Əliyevlə görüş gününü çoxdan gözləyirdilər - Fərid Qayıbov

Bu gün Gənclər gününün təsis olunmasının 25 illiyini qeyd edirik. Bayram çərçivəsində "Gənclər həftəsi" elan olunub. Həftə ərzində müxtəlif tədbirlər keçirilib. Bu gün isə Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi.

Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, forumda Azərbaycanın müxtəlif regionlarından müxtəlif sahələri təmsil edən gənclər iştirak edirlər. Günün ilk yarısında cənab Prezident İlham Əliyev forumda iştirak etdi.

"Çox maraqlı görüş baş tutdu. Gənclər çox həyəcanlı olsalar da, bu günü çoxdan gözləyirdilər. Günün ikinci yarısında isə gənclər üçün müxtəlif sahələrdən maraqlı insanları dəvət etmişik. Günün sonunda gənclərlə birlikdə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcəyik. Bütün gəncləri bu gün münasibətilə təbrik edirəm", - deyə nazir əlavə edib.