Rusiya və Qərb qarşılıqlı faydalı əlaqələr qurmalıdır - İbrahim Kalın Dünya

Rusiya və Qərb qarşılıqlı faydalı əlaqələr qurmalıdır - İbrahim Kalın

Rusiya və Qərb qarşılıqlı faydalı əlaqələr qurmalıdır.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə əlaqələrini kəsmədən, Qərblə təmaslarını davam etdirərək Ukraynanı dəstəkləyir.

"Biz qarşıdakı onilliklərdə də bu istiqamətdə işimizi davam etdirəcəyik. Bunun əsası Rusiya ilə Qərb arasında da qurulmalı olan qarşılıqlı faydalı əlaqələrdir", - İbrahim Kalın deyib.

O əlavə edib ki, Türkiyə problemlərin diplomatiya yolu ilə həll oluna biləcəyini nümayiş etdirib.