

25 Sentyabr 19:44
25 Sentyabr 19:44
ABŞ-ın “Javelin” tank əleyhinə raket sistemi ehtiyatları azalıb.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Strateji və Beynəlxalq Elmlər Mərkəzinin araşdırmasında qeyd olunub. Vurğulanıb ki, buna səbəb həmin sistemlərin hərbi yardımlar çərçivəsində Ukraynaya göndərilməsidir.
Qeyd olunub ki, ABŞ-a Ukraynaya göndərdiyi sistemlərin yerini doldurmaq üçün illərlə vaxt lazım olacaq.
“Bu vaxta qədər göndərilmiş raketlərin yerinin doldurulması üçün 3 və ya 4 il lazım olacaq. ABŞ daha çox raketlər göndərərsə, lazım olan vaxt daha da uzana bilər ”, - deyə mərkəzin nümayəndəsi Mark Cancian bildirib.
Məlumatda o da qeyd olunub ki, ABŞ-ın 20-25 min Javelin ehtiyatı olduğu təxmin edilir və hərbi yardımlar çərçivəsində bu vaxtadək Ukraynaya 7 min sistem göndərilib ki, bu da ABŞ-ın ümumi ehtiyatlarının 3-də birinə bərabərdir.