G7 ölkələri Rusiya neftindən mərhələli şəkildə imtina edəcəklər Dünya

G7 ölkələri Rusiya neftindən mərhələli şəkildə imtina edəcəklər

G7 liderləri Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmağa sadiqliklərini bildiriblər.

Trend "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Bu gün G7 ölkələri Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmaq və ya hətta tamamilə qadağan etmək öhdəliyini ifadə ediblər", - bəyanatda deyilir.

Sənəddə həmçinin vurğulanır ki, bu ölkələr dünyada sabit enerji təchizatını təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər, eyni zamanda, yanacaqdan asılılığı azaltmaq üçün səyləri gücləndirirlər.