Bağdadda 14 İŞİD terrorçusu saxlanılıb Dünya

Bağdadda 14 İŞİD terrorçusu saxlanılıb

İraqın təhlükəsizlik qüvvələri Bağdadda İŞİD terror qruplaşmasının 14 silahlısını saxlayıblar.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Kəşfiyyat İdarəsinin açıqlamasında istinadən "Al Sumaria" telekanalı məlumat yayıb.

Bildirilir ki, ekstremistlərə qarşı reydlər paytaxtın bir sıra rayonlarında keçirilib. Kəşfiyyatdan əldə edilən məlumatlar ekstremistlərin izinə düşməyə, onları müəyyən etməyə və saxlamağa kömək edib.
Qeyd edilir ki, həbs edilən radikallar arasında qruplaşmanın uzun müddətdir axtarışda olan üç nüfuzlu lideri də var.