Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
28 İyun 2022 11:57
3 206
ABŞ prezidenti Co Bayden Azərbaycana qarşı 907-ci düzəlişin hüquqi qüvvəsini növbəti dəfə bloklayıb. Beləlilklə, ABŞ-ın Azərbaycana yönəlik hərbi dəstəyi və silah satışı qarşısında daha bir il ərzində hər hansı əngəl olmayacaq. 2002-ci ildən bütün ABŞ prezidentləri 907-ci düzəlişə münasibətdə eyni ənənəni təkrarlayırlar.
Hansı məqsədlə ABŞ Konqresi 907-ci düzəlişi birdəfəlik ləğv etmir?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin sözlərinə görə, ABŞ Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib: "İllərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi. Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, ABŞ nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi”.
“ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib. Dəfələrlə seçkilərdə iştirak etmişik. Partiya üzvlərinin hüquqları pozulanda niyə müdafiə etmədilər, niyə bir bəyanat vermədilər? Amma özlərinin yaratdığı ”Beşinci kolon" nümayəndələrinin atdığı qeyri-qanuni addımların belə dərhal müdafiəsinə qalxırlar. Budurmu bunların demokratiyası?"- Nizami Verdiyev qeyd etdi.
“Hər il 907-ci düzəliş bir il müddətinə dayandırılır. Olmaz ki, bu düzəliş birdəfəlik ləğv olunsun? Bəlkə bunu Azərbaycana təzyiq etmək üçün saxlayıblar? Əgər belə deyilsə, onda Kongres bu düzəlişi ləğv edib, Azərbaycanla normal münasibət qursunlar, daha ikilistandart siyasəti aparmasınlar”- ALDP rəsmisi bildirdi.
Cavid
15 Noyabr 17:45
1 365
15 Noyabr 17:44
1 351
15 Noyabr 17:09
1 442