Mask ABŞ-dakı hər bir uşağa "SpaceX" səhmləri verəcəyini vəd edib Gündəm

Mask ABŞ-dakı hər bir uşağa "SpaceX" səhmləri verəcəyini vəd edib

İlon Mask bəyan edib ki, ABŞ-dakı hər bir uşaq "SpaceX" aerokosmik şirkətinin iki səhmini alacaq.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Amerikadakı hər bir uşaq iki "SpaceX" səhmi alacaq: birini şirkətdən, birini isə şəxsən məndən", – deyə bildirib.

Xatırladaq ki, milyarder oktyabr ayında 2027-ci ildə ABŞ-dakı hər bir uşağa "SpaceX"in bir səhmini hədiyyə edəcəyini vəd etmişdi. CNBC telekanalının məlumatına görə, Maska "SpaceX"in təxminən 4,8 milyard səhmi məxsusdur, ölkədə 18 yaşdan kiçik uşaqların sayı isə 1 iyul 2025-ci il tarixinə 72 milyon nəfər təşkil edib.

Məryəm Quliyeva