Avstraliya ölkəyə bütün giriş məhdudiyyətlərini ləğv edir Dünya

Avstraliya ölkəyə bütün giriş məhdudiyyətlərini ləğv edir

Avstraliyaya səyahət edənlərin artıq COVID-19- qarşı peyvənd olunma statuslarını təsdiq etmək üçün Rəqəmsal Sərnişin Bəyannaməsini (DPD) doldurmağa ehtiyac olmayacaq.

Bu barədə Avstraliya hökumətinin saytında qeyd olunub.

Məlumata əsasən, Biotəhlükəsizlik Qanununa yeni dəyişiklər 6 iyul 2022-ci il tarixindən qüvvəyə minir.

"Bu, məktəb tətilindən sonra evə qayıdan və artıq DPD-dən istifadə etməyə ehtiyac duymayan ailələr üçün əla xəbərdir", - deyə ölkənin Daxili işlər naziri Kler O'Nil bildirib.

Biotəhlükəsizlik Qanununa edilən dəyişikliklər bütün viza sahiblərinin Avstraliya daxilində səyahət edə bilməsi də deməkdir:

"Bu tələblərin aradan qaldırılması təkcə hava limanlarımızda gecikmələri azaltmayacaq, həm də daha çox səyahətçini ölkəyə səfər etməyə və ixtisaslı işçiləri ölkəni iş yeri kimi nəzərdə keçirməyə təşviq edəcək".

Avstraliyaya dəniz yolu ilə gələnlər də dəniz səyahəti bəyannaməsini doldurmaqdan azaddırlar.