Hanı demokratikləşən İraq? Dünya

Hanı demokratikləşən İraq?

Aleksandr Lukaşenko: "Siz günahkarsınız, deyin ki, səhv etmişik"

Belarus dövlət başçısı Aleksandr Lukaşenko BMT Baş Assambleyasının plenar iclasında çıxışı zamanı qeyd edib ki, rəsmi Minsk münaqişələrin və insan ölümlərinin qarşısının alınmasının tərəfdarıdır. Ölkəsinin müharibələrdən çox əzab çəkdiyini deyən Lukaşenko sabitliyin, dövlətin inkişafının, xalqların rifah halının yüksəlməsinin tərəfdarı olduqlarını bildirib: "Bizdə diskrimnasiya, milli-dini rasizm yoxdur. Bizdə ana və uşaq ölümü demək olar ki, yoxdur-dünya üzrə ən aşağı göstəricidir. Demokratiya qərbli müəllimlərin bizə öyrətdiyi yox, elə budur".
Lukaşenko bildirib ki, dünya son 3 onillikdə çox parçalanıb: "Planetimiz çoxsaylı silahlı münaqişələr, terror aktları ilə silkələnir. Dünyada Sovet İttifaqının dağılmasından sonra güc balansı bərpa etmək mümkün olmayıb. Güc balansı yoxdursa, sülh və sabitlik də yoxdur. Sistem böhran keçirir. İstənilən sistemdə tək olan güc nəzarətsiz fəaliyyət göstərərək ancaq öz marağı üçün çalışır, problemləri başqalarının hesabına həll edir. Hegemonluq siyasəti və milli eqoizm təzyiq, sanksiya və hərbi aksiyalardan istifadənin sayını çoxaldıb. Nəticədə biz bir-birimizə olan etimadı itiririk. Bəzilərinin heç başqa xalqların mədəniyyətini, ənənəsini anlamaq anlayışı belə, yoxdur. Balansın bərpa edilməsi-çoxqütblü dünyaya gedən uzun yoldur. Anlamaq lazımdır ki, hər bir xalqın öz inkişaf yolunu seçmək hüququ var və buna hörmət edilməldir. Ancaq bu yolla etimadı bərpa edə bilərik. Tarix göstərir ki, vahid liderliyə iddia edən istənilən dövlət başqalarının maraqlarını saymırsa, sonda dağılır. Başaqlarının hesabına əldə edilən üstünlük uzun müddətli olmur".
Belarus dövlət başçısı bildirib ki, ərəb Şərqində baş verənlər insanlıq əleyhinə cinayətdir: "İraqda kimyəvi silah olduğunu iddia edən məlum dövlətlər bu ölkəni "demokratikləşdirməyə" başladılar. Bəs, hanı İraqda olan kimyəvi silah? Hanı demokratikləşən İraq? Ümumiyyətlə, bu ölkə hanı, İraq xalqının gələcəyi necə olacaq? Demokratiyadan sonra İraq ərazisində yaşamaq insanlar üçün daha asan və rahat olubmu? Qətiyyən. Siz günahkarsınız, deyin ki, səhv etmişik. Dayanmaq lazım idi.
"İraqda kimyəvi silah olduğunu iddia edən məlum dövlətlər bu ölkəni "demokratikləşdirməyə" başladılar. Bəs, hanı İraqda olan kimyəvi silah? Hanı demokratikləşən İraq? Ümumiyyətlə, bu ölkə hanı, İraq xalqının gələcəyi necə olacaq? Demokratiyadan sonra İraq ərazisində yaşamaq insanlar üçün daha asan və rahat olubmu? Qətiyyən. Siz günahkarsınız, deyin ki, səhv etmişik. Dayanmaq lazım idi. Amma yenə də davam etdiniz, Tunisdən başladınız, Liviyada bitirdiniz. Eyni ssenari. Liviya dövlətini məhv edərək Qəddafini çarmıxa çəkdiniz. İndi Liviya üçün yaxşıdırmı? Yox. Ümumiyyətlə, Liviya dövlət kimi qalıbmı? Bəlkə, bəs idi. Amma sonra Suriyaya soxuldunuz"
Amma yenə də davam etdiniz, Tunisdən başladınız, Liviyada bitirdiniz. Eyni ssenari. Liviya dövlətini məhv edərək Qəddafini çarmıxa çəkdiniz. İndi Liviya üçün yaxşıdırmı? Yox. Ümumiyyətlə, Liviya dövlət kimi qalıbmı? Bəlkə, bəs idi. Amma sonra Suriyaya soxuldunuz. Soruşuruq, niyə? Niyə insanları öldürürsünüz, niyə hakimiyyətdə olan prezidenti devirirsiniz, o, sizə niyə sərf etmir? Bu ölkə ərazisini xarabaya çevirməklə bizim sivilizasiyanın ilk əlamətlərini yer üzündən silirsiniz. İndi çıxın BMT tribunasından dünya ictimaiyyətinə niyə belə etdiyinizi və nə istədiyinizi deyin".
Lukaşenko bildirib ki, BMT gücün nümayiş olunduğu yer olmamalı, hansısa dövlətlərin alətinə çevrilməməlidir: "Beynəlxalq strukturlar böhran keçirir. Belə fikir yaranır ki, beynəlxalq strukturlar ancaq bəzi dövlətlərin başqalarına qarşı təzyiq etməsi üçün lazımdır. BMT nə qədər qətnamə qəbul edib. Bu qətnamələr münaqişələri həll edibmi? Etiraf edək ki, yox. Səs verib, sonra hərə bir tərəfə gedir. Nəticədə daha böyük etimadsızlıq yaranır. Bu, BMT-nin nüfuzunu azaltmaqla, ona olan etibarı zəiflədir. Beynəlxalq strukturlar münaqişələrin qarşısını alınmasında və onların həllində kifayət qədər rol oynaya bilmirlər. Buna son qoymaq lazımdır"