Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Danimarka XİN rəhbəri ABŞ ilə Qrenlandiya üzrə sazişin əldə olunacağına ümid edir
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
İran XİN: Sentyabrın 14-də Omanda Hörmüzlə bağlı kritik görüş keçiriləcək
27 Sentyabr 2022 15:03
3 752
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dünyada ərzaqla bağlı vəziyyəti pisləşdirir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib
O, bu vəziyyətin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı olmadığını və bütün məsuliyyətin kollektiv Qərbin üzərinə düşdüyünü söyləyib:
"Bizim taxıl və gübrələrimizin xaricə tədarükü dünya ərzaq bazarı üçün çətindir. Rusiyaya qarşı sanksiyalar vəziyyətin daha da pisləşməsinə, dünyanın bir neçə ildir ki, istiqamət götürdüyü qlobal ərzaq böhranına çevrilmək təhlükəsi yaradır. Bunun Rusiyanın Donbasda keçirdiyi xüsusi hərbi əməliyyatla tamamilə əlaqəsi yoxdur. Bəzi aparıcı ölkələr maliyyə və ərzaq siyasətlərini bu şəkildə qurublar”, - deyə Rusiya Prezidenti vurğulayıb.