Səudiyyə Ərəbistanı kralı vəliəhdi baş nazir təyin etdi Dünya

Səudiyyə Ərəbistanı kralı vəliəhdi baş nazir təyin etdi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Nazirlər Kabinetinin rəhbəri təyin edib.

Bu barədə "Al Arabiya" telekanalı bildirib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı kralı vəliəhdin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.
Eyni zamanda, monarxın fərmanında vurğulanıb ki, “kralın şəxsən iştirak etdiyi hökumətin iclasları onun (kralın) sədrliyi ilə keçiriləcək”

Həmçinin Səudiyyə kralının fərmanı ilə Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.