Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb Dünya

Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb

Liviya sahilləri yaxınlığında təxminən 1 milyon barel neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, gəmi Yunanıstana göndərilib, orada mütəxəssislər dəymiş ziyanı qiymətləndirəcəklər.

Ekipaj üzvləri arasında xəsarət alan olmayıb, ətraf mühitin çirklənməsi qeydə alınmayıb.

Partlayışın səbəbi barədə məlumat verilmir.