12 Noyabr 16:44
Yanvar-oktyabr aylarında 45 mindən çox şəxsə əlillik təyin olunub
Bağça müəllimlərinin sertifikasiyası başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək
Türkiyənin 14 vilayətində FETÖ əməliyyatı: 29 nəfər saxlanılıb
DVX rəsmisi: Dövlət büdcəsinə ödənilən vergilərin 92%-dən çoxu könüllü şəkildə bəyan olunur
1 İyul 2025 08:21
2 681
ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Havana ilə bağlı siyasətinin sərtləşdirilməsinə dair memorandumu bütün Kuba xalqının hüquqlarını pozan cinayət siyasətini nümayiş etdirir.
“Report”un məlumatına görə, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla “X” sosial şəbəkəsində bildirib.
“Bu gün ABŞ hökumətinin Kubaya qarşı açıqladığı prezident memorandumu bütün Kuba xalqın üçün təcavüzü və iqtisadi blokadanı gücləndirir, bizim inkişafımıza əsas maneədir. Bu, bütöv bir xalqın hüquqlarını pozan cinayət siyasətidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyasına ölkənin Kuba ilə bağlı siyasətini effektiv şəkildə sərtləşdirməyə dair sərəncam verib.