

30 İyun 15:44
30 İyun 14:17
30 İyun 13:11
Gürcüstanın səkkiz müxalifət partiyası birgə bəyanat yayaraq 2025-ci ilin oktyabrında yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TV Pirveli məlumat yayıb.
“Biz qondarma yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirakdan imtina edirik, çünki hesab edirik ki, hazırkı reallıqda bu prosesdə iştirak vətəndaşlarımızın maraqlarına xidmət etməyəcək”, - bəyanatda deyilir.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalifət partiyası – “Vahid Milli Hərəkat”, həmçinin “Federalistlər”, “Azadlıq Meydanı”, “Avropa Gürcüstan”ı, “Strategiya Aqmaşenebeli”, “Droa”, “Axali” və “Girçi” - Daha çox azadlıq” siyasi birlikləri seçkilərdə iştirakdan imtina edir.