Aİ ABŞ-la 10%-lik gömrük rüsumları əsasında ticarət sazişi imzalamağa hazırdır Dünya

Aİ ABŞ-la 10%-lik gömrük rüsumları əsasında ticarət sazişi imzalamağa hazırdır

Avropa İttifaqı Birləşmiş Ştatlarla gömrük rüsumlarının əksər Avropa malları üçün 10% təşkil edəcəyi ticarət sazişini qəbul etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Brüssel eyni zamanda ABŞ-dan tibbi, alkoqol, yarımkeçiricilər və mülki aviasiya kimi sahələrdə tariflərin azaldılmasını istəyir.

Ətraflı
Bundan əlavə, Avropa İttifaqı Amerikanı avtomobillər və onların ehtiyat hissələri, eləcə də polad və alüminium üzrə mövcud gömrük rüsumlarını da azaltmağa razı salmağa çalışır.