Zelenski Rusiyanın raket zərbələrindən yazıb Dünya

Zelenski Rusiyanın raket zərbələrindən yazıb

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusu qüvvələrinin Kiyev və digər şəhərlərə raket zərbəsi endirməsinə münasibət bildirib.

Zelenski Teleqram hesabında yazıb ki, Rusiya 229 gündür Ukrayna xalqını məhv etməyə, Yer üzündən silməyə çalışır:

“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”, - Zelenski qeyd edib.
Cavid