“Türkiyə üçün PKK İŞİD- dən daha təhlükəlidir” Dünya

“Türkiyə üçün PKK İŞİD- dən daha təhlükəlidir”

Ekspert Sandrin Aleksinin araşdırması və izahı

Cavid

Türkiyə 24 iyul 2015-ci ildə "terrorizmə qarşı" müharibəyə başladıqdan sonra İŞİD-in deyil, PKK nın hərbi mövqelərini bombalamaq üçün bir fürsət əldə edib. Türkiyənin diplomatik nümayəndəsi Mövlud Çavuşoğlu amerikalı həmkarı Con Kerri ilə görüşündən sonra belə bir açıqlama verdi ki, Türkiyə Suriyanın şimalında İŞİD-ə qarşı mübarizəyə başlayacaq. Onun açıqlamasından iki həftə sonra Türkiyə daha çox İraqın şimalında PKK birləşmələrinə qarşı mübarizəyə yönəlməli oldu. Avropa Birliyi və ABŞ Türkiyəyə PKK birləşmələrinə qarşı hava hücumlarının yalnız cavab xarakterli ola biləcəyi barədə xəbərdarlıq etdi. Hər iki tərəf bu cəza tədbirlərinin fasiləsiz olması ilə bağlı bir qədər ehtiyat etməyə başladılar, çünki Türkiyənin verdiyi qurbanlar, əsasən, mülki şəxslər idi. "İnformation.tv5monde.com" yazır ki, əməliyyatların başlanmasının əvvəllərindən türk ordusu 260 terrrorçunun məhv edildiyi barədə açıqlama yaydı. PKK isə türk hərbi qüvvələrinin ən az 20 üzvünün öldürüldüyünü qeyd etdi. Türkiyə heç bir mülki əhali yaşayan bölgənin hədəfə alınmadığını bildirsə də, kürdlər on iraqlı mülki şəxsin öldürüldüyünü bildirdi. 20 iyulda Suruçda baş vermiş, 32 nəfərin ölümünə səbəb olmuş və məsuliyyəti İŞİD- in öz üzərinə götürdüyü terror aktının ardından R.T.Ərdoğan ölkəsinin terrorizmə qarşı müharibəyə başladığını elan etdi. Bu terror aktından sonra Türkiyə PKK- nı kürd xalqını qoruya bilməməklə günahlandırdı. Bunun ardından PKK 2013-cü ildən riayət edilən barışığı pozdu. 1984-cü ildən bəri kürd birləşmələri kürd dövləti yaratmaq uğrunda Türkiyə ilə konfliktdədir. Bu konflikt 40 000-dən çox insanın həyatına son qoyub. Bu gün PKK- nın hərbi qüvvələri İraqın şimalında Kürdüstan adlandırılan bölgədə yerləşir. Onların təşkilatlandıqları Qəndil və Dohuk şəhərləri türk hücumlarının əsas hədəfləridir. Bu gün Türkiyə İŞİD- lə mübarizə adı altında kürd birləşmələrinə qarşı olan müharibəni gücləndirdiyinə görə günahlandırılır. PKK- nın siyasi bölməsinin üzvlərindən olan Zaqro Hiva düşünür ki, "Türkiyə NATO- nun və beynəlxalq ictimaiyyətin İŞİD- ə qarşı mübarizəsindən PKK-ya hücum etmək üçün istifadə edir. PKK isə özü İŞİD- ə qarşı mübarizədə əsas güclərdəndir". Əməliyyatların başlamasından bir həftə sonra Türkiyə PKK-ya onlarla zərbə endirsə də, İŞİD-ə qarşı yalnız üç hücum həyata keçirmişdi. Kürdyönümlü HDP partiyasının lideri Səlahəddin Dəmirtaş hesab edir ki, Türkiyənin İŞİD- ə qarşı mübarizəsi sadəcə prezedent Ərdoğanın şəxsi ambisiyasına xidmət edən bir "lovğalıq" idi. 7 iyunda keçirilmiş parlament seçkilərində AKP- nin təkbaşına hakimiyyətinə mane olan və seçkilərdə qalib gələn S.Dəmirtaş Ərdoğanın hədəfinə çevrildi. Brüsseldə avqustun 6-da Dəmirtaş "bütün dünyanı" bu "ədalətsiz müharibə"ni dayandırmaq üçün Türkiyəyə təzyiq etməyə çağırdı və Avropa Birliyindən Türkiyəni atəşkəsə səsləməyi xahiş etdi. Bu müxalif partiya AKP- ni 1 noyabr seçkiləri qabağı ölkədə qarışıqlıq yaratmaq istəməsindən şübhələndi. Hakimiyyətdə olan partiya da öz növbəsində HDP- ni AKP- nin siyasi qolu olmaqda günahlandırdı. Türkiyənin beynəlxalq müttəfiqləri, xüsusilə də ABŞ onun İŞİD- ə qarşı mübarizəni kürdləri hədəfə alaraq zədələdiyini bildirdi. ABŞ İŞİD- cilərə qarşı əsas güclərdən biri olan kürd xalqının qorunması birliklərinin döyüşçülərini günahlandırmaqda bir qədər təmkinli davrandı. Bu birliklər Türkiyə ilə sərhəddə yerləşən Suriya şəhərləri Kobani və Təl Abyaddan cihadistləri qovmağa nail olmuşdu. Ancaq onlar İraqın şimalında olduğu kimi Suriyada da müstəqil kürd bölgəsi (Rojava) yaratmaq istədilər. Woodrow Wilson beynəlxalq mərkəzində Yaxın Şərq proqramı üzrə direktor Henri Barkinin sözlərinə görə, Türkiyə belə bir vəziyyətin ölkəsindəki kürd separatçılarını daha da qızışdıracağından ehtiyat edir. Türkiyənin İncirlik hərbi bazasından istifadə ilə başlanan türk-amerikan müttəfiqliyi 1,8 milyon qaçqının ölkəsinə qayıtması üçün cihadçıların olmadığı, tamamilə təhlükəsiz bir bölgə yaratmaq istəyir. Ankaraya görə, əsas məqsəd İraqdan Aralıq dənizinə qədər Suriyanın sərhəd bölgələrini ələ keçirmək istəyən kürd ambisiyasını məhdudlaşdırmaqdır. Ərdoğanın fikrincə, İŞİD və PKK arasında heç bir fərq yoxdur. "Terrorçu elə terrorçudur". Vəziyyəti daha da gərginləşdirmək risqi daşıyan bu sözləri türk prezedent işlədib.
Sandrindən Aleksiyə üç sual
Türkiyənin kürdlərə qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı nə deyə bilərsiniz? Türkiyənin İraqın şimalındakı Kürdüstan əyalətindəki hərbi əməliyyatları hərbi cəhətdən təsirli olmadı, çünki bu zərbələr PKK bazalarını zəiflədə bilmədi. Zərər daha çox mülkü əhaliyə dəydi, çünki bu bazalar çoxdan PKK tərəfindən boşaldılmışdı və kəndlilərin ixtiyarında idi. Bu zərbələr nifrəti daha da qızışdırdı və PKK nın türk torpaqlarında sülhü pozan addımlar atmağına gətirib çıxartdı. Türkiyə nəyə görə İŞİD- i deyil, kürdləri daha çox iddiham edir? Türkiyə Suriyadakı müstəqil kürd bölgəsinin və bir kürdyönümlü dövlətin öz sərhəddində olmasını istəmir. Həmişə PKK İŞİD- dən daha təhlükəli hesab olunub. Əvvəl Türkiyə İŞİD- in hücumları və fəalyyətinə elə də əhəmiyyət vermirdi. Türkiyə ümüd edirdi ki, İŞİD və PKK bir-birini məhv edəcək, onlar da təhlükəli bir düşməndən qurtulmuş olacaq. İyun seçkilərindən sonra hakimiyyətdə olan AKP Milli Məclisdə çoxluq əldə edə bilmədi. Əvvəllər kürdlər AKP- ni dəsdəkləsələr də, artıq onlar HDP- ni dəsdəkləyirlər. Kürdlər Ərdoğanın onlara kömək etmədiyini əsas gətirərək, xüsusilə də Kobani hadisələri zamanı, öz dəsdəklərini ondan əsirgədilər. Ərdoğan əvvəl sülhü dəsdəklədiyini iddia edərək kürdlərin etimadını qazanacağına ümüd edirdi. Ancaq kürdlər seçkilərdə HDP-yə səs verdikdən sonra prezedent millətçi partiyalarla yaxınlaşdı. Bu millətçilər isə açıq-aşkar kürdlərlə sülhün əlehinədir. Ərdoğan göstərmək istəyir ki, HDP kürdlərə sülh, təhlükəsizlik vəd etsə də, əslində o xaos yaradır. Bəs Fransadakı kürd cəmiyyəti nə düşünür? Fransadkı kürdlər Türkiyə hökümətinə inanmır. Onlar düşünür ki, bu sülh prosesi yalnız Ərdoğanın maraqlarına xidmət edir. Buradakı kürdlərin Türkiyədə ailələri var və onlar müharibə istəmirlər. Onlar HDP- nin lideri, sülhə can atan S. Dəmirtaşı dəsdəkləyir, ancaq onlar istəmir ki, bu sülh nəyinsə bahasına baş tutsun. Ümumiyyətlə, kürdlər bu əməliyyatların əlehinədir. Onlar düşünür ki, bu bombalama kürdlərə arxadan vurulan xəncər kimidir. Əslində onlar xəyanətə uğradıqlarını düşünmür, çünki türk hökümətindən elə bunu da gözləyirdilər. Onlar xəyanəti əsasən koalisiya qüvvələri və ABŞ-dan hiss edir, çünki onlar kürdləri müdafiə etmir. Kürdlər çox istərdi ki, koalisiya qüvvələri Türkiyənin əməliyyatları dayandırması üçün ona təzyiq göstərsin və İŞİD ə qarşı fəal olmağa səsləsin.