Moskva təklənir Dünya

Moskva təklənir

İranla ölüm-dirim savaşı başlayır

Cavid

Yeni formalaşan koalisiya dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdən qaçma meyillərini aradan qaldıracaq və yeni dünya düzəninin formalaşmasına təkan verəcək.
Bu sözləri açıqlamasında 34 müsəlman ölkəsinin terrora qarşı birləşməsini şərh edən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, anti-Rusiya meyilləri Qərbdən ərəb ölkələrinə, oradan bütün müsəlman dünyasına sıçrayıb:"Səudiyyə Ərəbistanı dəfələrlə Rusiyaya bu və ya digər formada xəbərdarlıq edib. Hətta buna görəRusiya və İranı təhdid edir, Bəşər Əsədin zorla və ya xoşluqla hakimiyyətdən gedəcəyini vəd edir. Son dövrlər İŞİD və Əsədə qarşı ən kəskin prinsipial mövqedə dayanan ölkəməhz Səudiyyə Ərəbistanıdır. Ər-Riyad bu yolda bütün vasitələrə əl atır. Özü də bunu Rusiyanın hərəkətləri fonunda edir. Məsələn, neftin qiymətinin aşağı düşməsi bunun bariz nümunəsidir. Üstəlik, yeni koalisiyaRusiya və İranla ölüm-dirim savaşına çıxacaq. Bunu bilən İran isə Suriyadan öz xüsusi təyinatlılarını geri çəkərək yalnız qurudan dəstəyini saxlayır. Rusiya indi meydanda tək qalıb. ABŞ-ın başçılığı altında 45 ölkədən ibarət koalisiyada olan bəzi dövlətləryeni birlikdə də yer alır. Səudiyyə və ABŞ Rusiya, Suriya və terror məsələlərində ortaq xətt yürüdürlər. Son günlər çox maraqlı, bütün dünyanın simasına təsir edəcək geosiyasi proseslər baş verir".
Politoloq qeyd edib ki, ən mühüm hadisə anti-terror koalisiyalarının Rusiyadan kənar formalaşdırılmasıdır:"Neftin qiymətinə edilən təzyiqlər daha çox Rusiyanı vurur. Müsəlman dünyasında İran, xristian dünyasında isə Rusiya təklənib. Ancaq Rusiyadan fərqli olaraq İran körpüləri axıra qədər yandırmaq istəmir. Rusiya isə inad göstərməklə qalmır, siyasəti "dalan əxlaqı" ilə idarə etməkdə davam edir. Bu, Moskva üçün xoş nəticələrlə bitməyəcək. Bundan sonrakı hadisələr çox sürətlə inkişaf edəcək.Yeni koalisiyada əsas qüvvələr- Suriya, Qətər, İordaniya olacaq. İraqı da bura daxil etmək olar. Qərb koalisiyasında ABŞ bundan sonra daha qərarlı mövqe tutacaq. Avropa Birliyinin əksər ölkələribu dəfə sadəcəmənəvi, siyasi deyil, hərbi dəstək də verəcəklər. Beləliklə, Suriya ətrafında həlqə daralır. Bunu həm də Rusiya ilə bağlı söyləmək olar. Bir sözlə, bu koalisiya dünyada baş alıb gedən geosiyasi pozuntuları, mərkəzdən qaçma meyillərini aradan qaldıracaq və yeni dünya düzəninin formalaşmasına təkan verəcək".
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bildirib ki, biz Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan koalisiya barədə məlumatlar alacağıq.
"Biz gözləyirik ki, bu prosesin təşəbbüskarlarından ətraflı informasiya alaq. Rusiya terrorizmlə mübarizədə hər kəsin töhfəsini dəstəkləyir, amma kollektiv formatda mübarizəyə üstünlük verir", - Lavrov vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb: Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən.