Albaniyada 4,7 bal gücündə zəlzələ baş verib Dünya

Albaniyada 4,7 bal gücündə zəlzələ baş verib

Albaniyada 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Tiranadan 23 km şimal-şərqində yerləşib. Zəlzələnin ocağı 2 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.