“Tehran nüvə silahı əldə edilməsində özünü sərbəst hiss edir” Dünya

“Tehran nüvə silahı əldə edilməsində özünü sərbəst hiss edir”


“Tehran nüvə silahı əldə edilməsində özünü sərbəst hiss edir. Tehran hesab edir ki, nüvə sazişi pozulduğuna görə heç bir dövlət onu ittiham edə bilməz”. Xalqcəbhəsi.az xəbər verir ki bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxn Şahinoğlu deyib. Onun sözlərinə görə, digər tərəfdən ABŞ-la yanaşı Avropa İttifaqının da İrana qarşı sanksiyaları sərtləşib: “Brüssel bir neçə gün əvvəl İranın 32 fiziki və 2 hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib. Həmin şəxslər İranda insan hüquqlarının pozuntusunda ittiham edilirlər. Bu sanksiyaların İranın nüvə silahına yiyələnməsi çalışmaları ilə əlaqəsi olmasa da, Tehranla Qərb arasında artan gərginlikdən xəbər verir”.