Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
25 May 2023 08:11
2 107
ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Recpulikaçılar partiyası) partiya yoldaşı, Florida ştatının qubernatoru Ron Desantisi ABŞ prezident seçkilərində namizədliyi irəli sürülməsi münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən şəxsən (Ron Desantisi - red.) ABŞ prezidentliyi uğrunda yarışa girdiyini elan etdiyinə görə təbrik etmək istəyirəm. Ümid edirəm ki, o, ölkəmizin marksistlərinin, kommunistlərinin, sol radikallarının hücumlarının tam təcrübəsini qazanacaq. Bunsuz o, gördüyü iş barədə təsəvvürü heç vaxt olmayacaq", - deyə D.Tramp bildirib.
Keçmiş prezidentin sözlərinə görə, onun sadaladığı qruplar "ABŞ-a düşmən dövlətlərin liderlərindən qat-qat pisdir". "Amerikanı yenidən böyük etmək üçün onlar əsaslı məğlubiyyətə uğramalıdırlar", - deyə D.Tramp bildirib.