Rusiya artıq batan gəmini xatırladır Dünya

Rusiya artıq batan gəmini xatırladır

Türkiyənin Rusiyanın ayaqüstə dayanmasında xüsusi rol oynadığı reallıqdır. Rusiya isə artıq batan gəmini xatırladır. Hələlik bir müddət də ayaqüstə dayansa da, yaxın gələcəkdə "suyun dibinə" gedəcəyi şübhəsizdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiyadan "S 400" almaqla özünü saldığı çətin durum göz önündədir. Nələri itirdiyi hamıya bəllidir: "Məsələ ondadır ki, Türkiyə artıq özü bu kimi sistemlərin daha yaxşısını istehsal edir və ya istehsalı son mərhələlərdədir, bu baxımdan da, "S 400"-lərə ehtiyac yoxdur.
Türkiyənin əlindəki "S 400"-ləri Azərbaycana satıb, Amerikadan "Patriot" sistemləri almaq barədə Amerika ilə danışıqlara başlaması doğru olardı. Bu addım Türkiyənin bütün sahələrdə önünü açardı. NATO üzvü olub, ABŞ-ın əleyhinə getmək taktikası anlaşılan deyil və özünü doğrultmur. Türkiyənin yeri Qərbin yanındadır.
R.T.Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi ilə ABŞ-la olan qarşıdurma aradan qaldırılmalıdır. Seçkilərə kimi bu qarşıdurmanı anlamaq olardı. Bu, seçkidə qalıb gəlmək üçün bir vasitə idi, amma seçki arxada qaldı. İndi güclünün və öz tərəfdaşının yanında olmaq vaxtıdır. ABŞ-la qarşıdurma Türkiyəyə yaxşı heç nə vəd etmir, sadəcə danışıq yolu ilə Türkiyənin tələblərini onlarla həll etmək olar. Faiz məsələsi, kürd məsələsi, Yunanıstan məsələsi kimi problemləri ABŞ-la həll etmək olar. 5il üçün ABŞ daxil bütün kollektiv Qərb Ərdoğanın hakimiyyətini, onunla işləməyi qəbul edib. Bunu düzgün dəyərləndirmək lazımdır".

Cavid