ABŞ komandanı “rusların NATO-dan çevik olduğunu“ deyir Dünya
- 21 İyun 2016 12:22
- 1 113
General-leytenant Ben Hodgesin sözlərinə görə, Rusiya böyük ordu birləşmələrini sürətlə hərəkət etdirir
Cavid
Avropadakı ABŞ qoşunlarının komandanı, general-leytenant Ben Hodges deyib ki, NATO Şərqi Avropada böyük həcmlərdə qüvvə cəmləşdirmək sürətində Rusiya ordusundan geri qalır. Ben Hodges BBC-yə müsahibəsində deyib ki, "ruslar böyük qoşun birləşmələrini və hərbi texnikanı uzaq məsafələrə yeritməkdə çox sürətlidirlər". O deyib ki, NATO-nun da belə çevikliyə malik olması lazımdır. "Üç gün müddətində biz bunu etməyə qabil olmalıyıq" – deyib general.
Komandanı qorxudan qəfillik
General Hodges müsahibəni 24 NATO üzvünün 31 min əsgərinin iyunun 7-17-də Polşada keçirdiyi "Anaconda-16" təlimləri zamanı verib. Qərb təhlilçiləri bildirirlər ki, Rusiyanın 2014-cü ildə Krımı qəflətən ilhaq etməsindən və hələ 2008-ci ildə Gürcüstanla müharibədən bəri Moskvanın niyyətləri onun qonşularında və keçmiş sovet respublikalarında xof yaradıb.
NATO-nun gələn ay Varşavada keçiriləcək növbəti sammitində də Rusiya təhlükəsinin gündəliyin birinci məsələsi olacağı gözlənilir. Rusiya Krımın ilhaqından bəri Ukrayna sərhədlərində bir neçə irimiqyaslı hərbi təlim keçirib. "Məni narahat edən hərəkət sərbəstliyidir. Onlar hər dəfə qəfil təlimlər keçirəndə bu, mənim üçün gözlənilməz olur. Məni qorxudan da elə budur" – deyib general Hodges.
Avropa üçün "hərbi Şengen"
ABŞ komandanı bildirib ki, Rusiya vahid bir ölkə kimi öz ərazisində qoşunları bir nöqtədən başqa nöqtəyə çevik hərəkət etdirir, lakin Şərqi Avropa çox sayda ölkədən ibarət olduğuna görə NATO belə çevikliyə malik ola bilmir. General Hodges bu problemin aradan qaldırılması üçün "hərbi Şengenin" yaradılmasını təklif edir.
ABŞ komandanı deyib ki, Rusiya hazırda NATO ölkələri ilə sərhədə 20 minlik qoşun yığmaq iqtidarındadır. Generalın fikrincə Rusiya bunu Gürcüstan və ya Ukraynada da edə bilər. NATO hazırda Polşa və üç Baltikyanı dövlətdə hər biri min əsgərlik 4 batalyon yerləşdirməyə hazırlaşır. General Hodges deyib ki, NATO bir vaxtlar Avropadan çıxarılmış silahları geri gətirir. "Mən Rusiyanı, Birləşmiş Ştatları və ya Birləşmiş Krallığı, Almaniyanı və ya hər hansı başqa ölkəni dağıtmağa qadir yeganə təhlükə kimi görürəm. Çünki onların nüvə qüvvəsi var və onlar nüvə silahlarından yamanca çox danışırlar" – deyib general Hodges.

- 12:20
- 455
- 26 Aprel 20:04
- 1 162
- 26 Aprel 19:19
- 1 218
-
Qırğız Mədəniyyəti Günləri başa çatıb
-
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
-
Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb
-
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib
-
Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır
-
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
-
Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb
-
Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
-
Yanvar-mart aylarında Portuqaliyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb
-
Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirə keçirilir
-
Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır - Səttar Möhbalıyev
-
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər - FOTO
-
Premyer Liqada XXXII turun hakimləri açıqlanıb
-
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
-
Paytaxtın bu şosesində təmir aparılır
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
-
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
-
Zelenski Silahlı Qüvvələrin Dəstək Qrupunun komandanını vəzifəsindən azad edib
-
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
-
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
-
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb
-
Erməni deputat: Qazaxla sərhədin delimitasiyası texniki cəhətdən başa çatıb
-
Ştaynmayer Prezident İlham Əliyevi qarşılayıb
-
Regionda sülh və sabitliyin təmin olunmasına çalışırıq – Ərdoğan
-
Bakının bir rayonunda qaz kəsiləcək
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
-
Ermənistan Milli Yığıncağına Rusiya Federasiya Şurasından sorğu daxil olub
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib - FOTO
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - FOTO
-
“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir
-
Energetika və nəqliyyat sahələrinin böyük potensialı var
-
Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır
-
Blinken Rusiyaya dəstəklə bağlı Çinə xəbərdarlıq edib
-
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
-
Qəsdən adam öldürmə cinayətləri 50, özünü öldürmə hadisələri 40 faiz azalıb - Xanlar Vəliyev
-
Körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılır
-
Berlində azərbaycanlıların həmrəylik aksiyası keçirilir - FOTO
-
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
-
“Ay uğrunda rəqabət güclənib”
-
BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
-
“Hazırda kosmik tədqiqatlarda rəqabət ABŞ-la Çin arasında gedir”
-
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
-
Prezident İlham Əliyev: COP29 qarşıdurma meydanı olmayacaq
-
Alman şirkətləri Azərbaycanda BEM sahəsində layihələr üzrə əməkdaşlıq etməyə hazırdır - Olaf Şolts
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
-
Ənənəvi yanacaq ixrac edən ölkələrin iqlim dəyişikliyi üzrə tədbirlər keçirməsi yaxşıdır - Olaf Şolts
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
-
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası başlayıb
-
"Vizasız rejim ləğv edilməyəcək"
-
Prezident İlham Əliyev: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
-
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
-
Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib
-
Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir - Olaf Şolts
-
Prezident İlham Əliyev: Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır
-
Prezident İlham Əliyev: Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı kimi qiymətləndirir