

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Səudiyyə Ərəbistanı və Kanada diplomatik münasibətlərin kəsilməsi səbəbindən beş illik fasilədən sonra ticarət nümayəndə heyətlərinin mübadiləsini bərpa etmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Al Ekhbariya" dövlət telekanalı bildirib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı Ticarət Palataları Federasiyası Kanada tərəfi ilə birgə biznes şurasının yaradılması haqqında saziş imzalayıb. Federasiyanın prezidenti Həsən əl-Huveyzinin sözlərinə görə, saziş “iki ölkə arasında ticarət və investisiya əlaqələrini dəstəkləmək məqsədi daşıyır”.
Federasiyadan verilən məlumata əsasən, Səudiyyə Ərəbistanı 2021-ci ildə Körfəz regionunda Kanadanın ən böyük ixrac bazarına çevrilib. Kanadadan Səudiyyə Ərəbistanına ümumi ixrac 1,65 milyard dollar təşkil edib.