ABŞ Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş üçün yer axtarır Dünya

ABŞ Tramp, Putin və Zelenski arasında üçtərəfli görüş üçün yer axtarır

ABŞ gələn həftənin sonunda prezidentlər Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski arasında üçtərəfli görüş üçün yer axtarır.

APA xəbər verir ki, bu haqda “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Ağ Evdə brifinq jurnalistlərə açıqlama verən prezidenti Donald Tramp Vladimir Putinlə Volodimir Zelenski arasında üzbəüz görüş təşkil etməyi planlaşdırdığını bildirib.

“Növbəti görüş Zelenski ilə Putin və ya Zelenski, Putin və mənim aramda olacaq.”, - Tramp deyib.

Danışıqlarla bağlı məlumatlı olan iki mənbə ABŞ tərəfinin gələn həftənin sonunda Tramp, Putin və Zelenski arasında görüş üçün yer üzərində işlədiyini bildirib.