Sumqayıtda 43 yaşlı kişi meyiti aşkarlanıb Hadisə

Sumqayıtda 43 yaşlı kişi meyiti aşkarlanıb

Sumqayıt şəhərində 43 yaşlı kişi meyiti aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Betonzavod ərazisində qeydə alınıb.

1982-ci il təvəllüdlü Atakişiyev Əfqan Güloğlan oğlunun meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.