
Rusiyanın düşmənçilik siyasəti: şovinist kampaniya davam edir
13 Avqust 23:45
13 Avqust 23:45
13 Avqust 23:07
13 Avqust 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Xalqcebhesi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.