Makron faktiki "rədd" olunur Dünya

Makron faktiki "rədd" olunur

Şolts Makrona yerini göstərdi

Rəsmi Almaniya və Fransanın Avropa İttifaqının və NATO-nun Rusiya-Ukrayna müharibəsində bir başa hərbi iştirakı barərə bir-birinə əks mövqedən publik şəkildə çıxış etməsi, təkcə Rusiya - Ukrayna müharibəsi ilə bağlı məsələ deyil.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.

“Əlbəttə ki, Fransa prezidenti Emanuel Makronun hakimiyəti dövrü Fransanın dünyada mövqeyinin daha da zəifləməsi, şəxsən prezident kimi Makronun uğursuz, bacarıqsız siyasətinə əsalanır. Prezident Makronun bütün avantürist istəkləri Fransanın nüfuzunun bərpası və özünün lider kimi şəxsini təsdiqləməsi üçündür. Yeni regionda Fransanın mövcudluğu Makronun ümumi prezidentlik dövrünün uğuru kimi qiymətləndiririlə bilər” – deyib V.Dadaşov.

O, qeyd edib ki, ölkəsinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə zədələyən Makron, gözlədiyi nəticəni əldə edə bilməsə də, ilk növbədə Cənubi Qafqaza soxulmaq siyasətini həyata keçirməyə çalışır: “Makronun Cənubi Qafqaz və xüsusən də Azərbaycana qarşı yeritmək istədiyi siyasət, onu region dövlətləri ilə və hətta İranla belə münasibətlərini korlayıb. Hərçəndki, Fransanın İranla münasibətinin əsaslı şəkildə korlanması digər amillərə görə mümkün deyil.

Fransa prezidenti Makronun NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa içtirakının mümkünküyü barədə açıq çıxışı, bəlkə də etirafı - belə iştirak mümkün olsa da belə, ümumən Aİ-nın və NATO-nun siyasətinə, diplomatiyasına, vahid birliyi və təhlükəsizlinə ziddir. Əlbəttə ki, Almaniya kansleri Olaf Şoltsun Fransa prezidenti Emanuel Makronu təkzib etməsi məhz qeyd edilən kontekstdən yanaşmadır. İtaliya müdafiə naziri Quido Krozetti Makrona isə NATO adından danışmamağı məsləhət görüb.

Ancaq, son vaxtlar NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakı barədə də yayılmaqda olan məlumatları da əsasız hesab etmək də olmaz. Fransa hətta NATO-dan kənar, öz rəhbərliyi ilə Ukraynada Rusiyaya qarşı vuruşan ittifaq yaratmaq niyyətini açıqlayıb. Ümumiyyətlə isə, Ukraynaya ordu yeritmək ideyasını açıq şəkildə dəstəkləyən yeganə Estoniyanın baş naziri Kaya Kallas olub”.

V.Dadaşov deyib ki, Makron - Şolts, ən yüksək səviyyədə Fransa və Almaniyanın mübahisəsi, qarşıdurması, sözsüz ki, Rusiyanın maraqlarına xidmət edən siyasi-diplomatik və hərbi vəziyyət formalaşdırır, Aİ və NATO daxili fikir ayrılığını dərinləşdirir, qüvvələri parçalayır. Ukraynaya lazımi hərbi yardımın gecikdirilməsi və xüsusən də ABŞ tərəfindən, Rusiya üçün nəinki Ukrayna ilə bağlı planların və hətta Avropa ölkələrinin özləri üçün mənfi ssenarinin reallaşmasına imkan yaradır: “Əbəs deyil ki, bir həftə öncə Dimitri Medvedev "Ukrayna əlbəttə ki, Rusiyadır" - deyir, ardınca da Rusiya prezidenti Vladimir Putin İsveçrənin müstəqilliyinə şübhəsini göstərir.

Həm də, Makronun bütün Aİ adından çıxış etməsi, Fransanı bu birliyin lideri və aparıcı ölkəsi kimi təqdim edir. Əlbəttə ki, Almaniya bunu haqlı olaraq qəbul edə bilməz. Şoltsun Makronu təkzib etməsi və Almaniya XİN başçısının Makrona hansı işlə məşğul olması barədə məsləhəti - Makrona yerini göstərməkdir.

Yeri gəkmişkən, Avropanın taleyində həlledici mövqe ilk Böyük Britaniya və Almaniyaya məxsusdur. Hərçəndki, Böyük Britaniya Aİ-nın üzvündən də çıxsa da, çoxəsirlik siyasi xəttini, söz sahibliyini nə inki Avropada, bütün dünyada saxlayır. Fransızlar polemik, publik siyasət, ingilislər isə stabil axarı dəyişən praktik siyasət sahibləridir.

Artıq mübahisəsiz bəllidir ki, Fransa prezidenti Emanuel Makronun yeritdiyi siyasət, bəyanat və çıxışları aqressiv və qeyri-rasionaldır. Nəticə, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Ərdoğan, Macarıstan lideri Viktor Orban, Almaniya kansleri Olaf Şolts və sair dünya liderləri tərəfindən Makron faktiki "rədd" olunur”.

Cavid