Obama dünyanın taleyi barədə xəbərdarlıq edib Dünya

Obama dünyanın taleyi barədə xəbərdarlıq edib

Prezident Barak Obama ABŞ respublikası və dünyanın taleyi barədə xəbərdarlıq edərək bütün etnik qrupları Demokratlarını Hillari Klintona səs verməyə çağırıb. Şimali Karolinada mitinqdə çıxış edən cənab Obama bildirib ki, xanım Klintonun Respublikaçı rəqibi Donald Trump çətin qazanılmış vətəndaş hüquqlarına təhlükədir. "Respublikanın taleyi sizin çiyinləriniz üzərinə düşür,"- prezident Obama əsas döyüş ştatı olan Şimali Karolina tərəfdarlarına deyib. "Dünyanın taleyi tərəddüd altındadır və siz, Şimali Karolina, onu düzgün istiqamətdə itələyəcəksiniz",- o qeyd edib.
Cənab Trump isə deyib ki, Barak Obama xanım Klinton üçün kampaniyaya son qoymalı və diqqətini ölkəni idarə etməyə yönəltməlidir. "Nəticə odur ki, heç kim daha dörd il üçün Obamanı istəmir," - Donald Trump Pensakola, Floridada tərəfdarları bildirib. O bildirib ki, xanım Klinton son günlər "dilxor" olub.
Federal Təhqiqatlar Bürosunun (FTB) hazırda xanım Klintonun şəxsi elektron poçt serveri ilə bağlı olduğu ehtimal edilən yeni elektron məktubları araşdırdığını élan edib. Agentliyin direktoru James Komey seçkilərə 11 gün qalmış araşdırma barədə élan verdikdən sonra sərt reaksiya ilə üzləşib. Bundan öncə cənab Obama dolayı yolla xanım Klintonun e-mail istifadəsiylə bağlı yeni təhqiqata görə onu tənqid edib. Nowthisnews saytında çərşənbə günü dərc olunmuş müsahibəsində prezident bildirib ki, ABŞ-da araşdırmalar "böhtan" və ya "natamam məlumatların" əsasında aparılmamalıdır.
ABŞ-da seçkilər noyabrın 8-da keçiriləcək.