Sərkisyanın yeni hiyləsi Dünya

Sərkisyanın yeni hiyləsi

İşğalçı prezident İrəvan klanı gedişindən istifadə edir
Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə "Qarabağ klanı"nın hakimiyyətdə təmsil olunan nazir və komitə sədrləri "İrəvan klanı"nın üzvləri ilə əvəz olunub.
Sərəncama əsasən, "Qarabağ klanı"ndan olan nazirlər "İrəvan klanı" nümayəndələrindən, nazir müavinləri isə "Qarabağ klanı"nından təyin olunub.
Erməni ekspertlər hesab edirlər ki, Sərkisyanın bu cür addım atması bir növ əhalinin qəzəbini sakitləşdirməyə hesablanıb.
Bildirilir ki, yeni təyin olunan nazir və komitə sədrlərinin birinci müavin vəzifələrinə Qarabağ klanından olan şəxslərin təyinat alması Ermənistan rəhbərliyinin yeni hiyləsidir.
Qeyd edək ki, Sərkisyan ölkədə iqtisadi böhran zəminində yaranmış narazılıqları və əhalinin hakimiyyətə olan inamsızlığını pərdələmək məqsədi ilə sentyabr və oktyabrda geniş kadr islahatları həyata keçirib.
Vəzifəyə yeni təyin olunmuş "İrəvan klanı"ndan olan nazirlər Maliyyə naziri Vardan Aramyan, İqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan, Nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyan, İdman və Gənclər naziri Hraçya Rosdomyan, Səhiyyə naziri Levon Altunyan, Ətraf Mühitin Mühafizəsi naziri Arsvik Minasyan, Kənd Təsərrüfatı naziri İqnati Arakelyan, Mədəniyyət naziri Armen Amiryan, Dövlət gəlirləri komitəsinə sədri Vardan Harutyunyan, Baş prokuror Artur Davtyan, Müdafiə naziri Vigen Sərkisyandır.
Nazir və komitə sədrlərinin müavinləri olan "Qarabağ klanı" nümayəndələri isə Baş prokurorun müavini Hayk Aslanyan, Milli Təhlükəsizlik Xidməti sədrinin müavini general-mayor Melkonyan Stepan Suren, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Movses Akopyan, Syunik vilayətinin qubernatoru Vaqe Akopyan, Baş nazirin müşaviri Eduard Nersisyan (Baş nazirin digər üç müşaviri Aleksandr Xaçaturyan, Qevorq Muradyan və Qevorq Malxasyan), Baş nazirin köməkçiləri Aşot Marqaryan və Narek Adons, Baş nazirin hüquq işləri üzrə köməkçisi Aram Vardevanyan, Maliyyə nazirinin müavinləri Karen Tamazyan, David Ananyan və Atom Cancuqazyan, Ədliyyə nazirinin müavini Artur Ovannisnyan, Turizm üzrə Dövlət Komitəsinin sədri Zarmine Zeytuntsyan, Fövqəladə Hallar Nazirliyinin aparat rəhbəri Qaqik Hayrapetyan, İqtisadi İnkişaf və İnvestisiya nazirinin müavini Tiqran Xaçatryandır.