Kiyevə yardım haqqında qanun ABŞ-ın hərbi ehtiyatlarının artırılmasını nəzərdə tutur Dünya

Kiyevə yardım haqqında qanun ABŞ-ın hərbi ehtiyatlarının artırılmasını nəzərdə tutur

Kiyevə kömək üçün yeni ayrıca qanun layihəsi qəbul olunarsa, Ukraynaya ayrıla biləcək 61 milyard dollarlıq maliyyə yardımının əsas hissəsi ABŞ-ın öz hərbi ehtiyatlarının artırılmasına sərf olunacaq.

Bunu CNN-ə müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

"Bu paketdə Ukraynaya ayrılan xərclərin 80%-i Amerika silahlarının və ehtiyatlarının artırılmasına yönəldiləcək. Bu, bizim öz Amerika sənaye və müdafiə bazamız üçün çox vacibdir. Və bu, qanun layihəsinin çox vacib hissəsi olacaq".
2024-cü maliyyə ilində ABŞ-ın əlavə büdcə xərcləri haqqında qanun layihəsinin mətnini çərşənbə günü təqdim edən Conson deyib.

O bildirib ki, qanun layihəsinə digər dəyişikliklər də əlavə edilib. "Ukrayna hökumətinə yardım üçün gedən istənilən yardım kreditə çevrilir. Çoxları deyirdi ki, bizim bunu həyata keçirməyimiz çox vacibdir".

Cavid