Spiker Ukraynaya qoşun göndərilməsini istisna edir Dünya

Spiker Ukraynaya qoşun göndərilməsini istisna edir

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna etsə də, ABŞ-ın müttəfiqini dəstəkləyəcəyinə söz verib.

"Biz dünya polisi deyilik. Amma biz düzgün olanı edəcəyik", - o, CNN telekanalında deyib.

"Biz bilirik ki, bu köməyə Ukraynada və İsraildə nə qədər təcili ehtiyac var və biz yaxın müttəfiqimiz və əziz dostumuz olan İsrailin yanında olacağıq", - Conson əlavə edib.

"Azad dünya üçün məsuliyyət bizim çiyinlərimizə qoyulub və biz bu rolu qəbul edirik" deyib.

Qeyd olunub ki, çərşənbə günü Nümayəndələr Palatasına təqdim edilən yeni ayrıca qanun layihəsi Amerika arsenallarını artırmaq məqsədilə Ukraynaya 61 milyard dollar məbləğində maliyyə yardımının ayrılmasını nəzərdə tutur .

Cavid