Rusiyaya casusluq edən iki nəfər həbs edilib Dünya

Rusiyaya casusluq edən iki nəfər həbs edilib

Bavariyanın Bayreuth şəhərinin polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri həbs edib.

TASS-ın yaydığı məlumata görə, federal polis Dieter S. və Alexander J.-ni həbs edib və Bavariya əyalət polisi ilə birlikdə müttəhimlərin evlərində və iş yerlərində axtarış aparıb.

Almaniya Federal Prokurorluğu bildirib ki, hər iki şəxs təxribat məqsədləri üçün agent kimi fəaliyyət göstərməkdə və partlayıcı maddələr hazırlamaqda ittiham olunur.

Cavid