London Kiyevə 617 milyon dollarlıq hərbi yardım edəcək Dünya

London Kiyevə 617 milyon dollarlıq hərbi yardım edəcək

Böyük Britaniyanın baş naziri Rişi Sunak çərşənbə axşamı Polşaya gözlənilən səfəri zamanı Kiyevə 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketini açıqlayacaq.

Baş nazirlikdən verilən məlumata görə, bura həm düşmən mövqelərinə zərbələr endirmək, həm də hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 1,6 mindən çox raket daxil olacaq.

Qeyd olunur ki, digərləri ilə yanaşı, uçuş məsafəsi 250 km-i keçə bilən əlavə “Storm Shadow” qanadlı raketləri də Kiyevə ötürüləcək. Yardım paketinə 60 kiçik gəmi, o cümlədən 2 desant kateri, 160 Husky piyada döyüş maşını, 162 zirehli maşın və 78 relyef texnikası, həmçinin 4 milyondan çox patron daxildir.

Sunakın fikrincə, yeni yardım paketi Ukraynaya “Rusiyaya qəti cavab verməyə” imkan verməlidir.

Cavid