Netanyahu: İranı var gücümüzlə vurmağa davam edirik
26 Mart 17:29
26 Mart 17:29
26 Mart 16:42
26 Mart 15:01
29 May 2024 08:32
2 002
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində Quba rayon sakini İlham Dadaşov idarə etdiyi "Hyundai" markalı avtomobillə idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
İlham Dadaşov aldığı xəsarətlərdən Quba RMX-da ölüb.
Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.