“ABŞ dominant, Rusiya güclü”
26 Dekabr 21:04
26 Dekabr 21:04
26 Dekabr 20:22
26 Dekabr 19:20
26 Dekabr 19:03
29 May 2024 15:08
2 576
Qəzza sektorunda hərbi əməliyyatlar ən azı 7 ay sürəcək və qələbəmizlə nəticələnəcək.
APA-nın “Ynet” saytına istinadən xəbərinə görə, bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi bildirib.
O deyib ki, əsas məqsəd HAMAS-ın hərbi infrastrukturunun tamamilə dağıdılmasıdır. Şura rəhbərinin sözlərinə görə, ölkəsi hazırda Misirlə Qəzza sektoru sərhədinin əksər hissəsinə nəzarət edir:
“Məqsəd bölgəyə silah-sursat və qaçaqmal gətirilməsinin qarşısını almaqdır. Bunun üçün HAMAS-ın hərbi infrastruktur obyektləri sıradan çıxarılmalıdır. Biz əmin olmalıyıq ki, artıq ölkəmizi və regionu HAMAS təhlükəsi gözləməyəcək. Bu məqsədlə ötən sutka ərazində HAMAS-ın sərhəddə quraşdırdığı hava hücumundan müdafiə vasitələrinin zərərsizləşdirilməsi üzrə əməliyyat keçirilib. Nəticədə sərhədyanı bölgədəki silah-sursat anbarlarının bir hissəsi sıradan çıxarılıb”.
26 Dekabr 18:00
1 134
26 Dekabr 17:39
1 106
26 Dekabr 16:24
1 134