“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
12 İyul 2024 12:43
2 681
Qondarma “Donetsk Xalq Respublikası”nın “Ali Məhkəməsi” ATƏT-in monitorinq missiyasının keçmiş əməkdaşı Vadim Qoldanı 14 il azadlıqdan məhrum edib.
APA-nın “TASS”a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, onun 2021-ci ilin dekabrında “DXR” ərazisində həm Ukraynanın, həm də xarici xüsusi xidmət orqanının xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmaqla, buradakı sənaye müəssisələri barədə məlumatları üçüncü tərəfə ötürdüyü və bu qanunsuz fəaliyyətin sonradan həmin obyektlərə zərbələr endirilməsi ilə nəticələndiyinə əsaslı şübhələr müəyyən olunub.
Məhkəmə həmçinin ATƏT missiyasına məxsus 43 ədəd “ Toyota Land Cruiser 200” markalı avtomobili müsadirə edib.
30 Dekabr 18:03
1 617
30 Dekabr 17:54
1 533
30 Dekabr 16:38
1 624