“Çin və Hindistan vasitəçi ola bilərmi? Dünya

“Çin və Hindistan vasitəçi ola bilərmi?

“Çin və ya Hindistanın Rusiya-Ukrayna arasında vatisəçi ola biləcəyi fikrini Rusiya Prezidenti Vladimir Putin də səsləndirib. Putin bu ölkələrin münaqişə ilə bağlı bütün məsələləri səmimi şəkildə həll etməyə çalışdığını bildirib. Kreml sahibinin bu bəyanatı Hindistanın baş naziri Narendra Modinin Rusiya və Ukraynaya səfərindən sonrakı dövrə təsadüf edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib: “Göründüyü kimi, Meloninin simasında bir qrup Qərb liderinin müharibəyə son qoymaq üçün Çin və ya Hindistanın vasitəçi ola biləcəyi fikrinə şərikdirlər. Ancaq hazırki şərtlər daxilində müharibənin dayandırılacağı və ya atəşkəs elan edəcəyi ehtimalı azdır”.