11 Oktyabr 2024 17:08
3 479
ABŞ-ın Kolorado ştatında istifadə olunmayan qızıl mədənində baş verən qəza nəticəsində 12 nəfər köməksiz qalıb. 1960-cı illərdə bağlanan “Mollie Kathleen” mədənindən hazırda turizm məkanı kimi istifadə edilir.
AZƏRTAC xəbər verir ki, yerli polis idarəsinin məlumatına görə, ziyarətçiləri dərinliyə daşıyan liftdə baş verən mexaniki nasazlıq nəticəsində bir turist ölüb, dörd nəfər yaralanıb, 11 nəfər isə xilas edilib.
Hazırda 300 metr dərinlikdə qalan 12 turistlə əlaqə yaradılıb. Polis idarəsindən bildiriblər ki, lift sistemi təmir edilənədək onları mədəndən çıxarmaq mümkün olmayacaq.
23 May 16:06
1 456
23 May 11:37
2 471
23 May 11:31
1 484