Bayden erkən səs verəcək Dünya

Bayden erkən səs verəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün bu gün Delaver ştatında erkən səs verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.

Ağ Evdən verilən açıqlamada C.Baydenin bu gün erkən səs verəcəyi bildirilib. Açıqlamada Baydenin Delaver ştatının Wilmington şəhərində səs verəcəyi də qeyd olunub.