

6 İyul 10:37
Moldovada prezident seçkilərinin ikinci turunda səs vermək üçün Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya 300-dən çox moldovalı gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, seçicilər Bakıda Moldova səfirliyində səs veriblər.
Seçicilərdən birini sözlərinə görə, Moldova hakimiyyəti Sankt-Peterburqda seçki məntəqəsi təşkil etməyib və bu səbəbdən onlar da Bakıya gəliblər.
Belə ki, iki təyyarə ilə ölkəmizə gələn moldovalılar elə bu gün axşam saatlarında qayıdacaqlar.