24 İyun 23:29
19 Noyabr 2024 10:41
2 667
Gürcüstanın işğal altındakı Abxaziya regionunun “prezidenti” Aslan Bjania davam edən etirazlar fonunda istefa verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “prezidentin mətbuat xidməti” məlumat yayıb.
Bjaniya ilə yanaşı, “Baş nazir” Aleksander Ankvabın da öz vəzifəsini tərk etdiyi bildirilir.
Bjaniya qərarı “ölkədə” sabitliyi və “konstusion nizamın” qorunub saxlanılması məqsədilə qəbul etdiyini qeyd edib.
Bjanianın vəzifəsini “vitse-prezident” Badra Qunba icra edəcək.
Qeyd edək ki, Bjaniyanı müxalifət Rusiya ilə “investisiya razılaşması”na görə istefa verməyə məcbur edib.
24 İyun 23:15
1 358
24 İyun 22:19
1 288
24 İyun 17:35
1 568