İranın daxili işlər naziri Azərbaycanda apardığı danışıqlardan məmnunluğunu bildirib
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Avropa İnvestisiya Bankı Naxçıvan dəmir yolu layihəsinə investisiya imkanlarını araşdırır
26 Noyabr 2024 11:44
2 905
Ankara Cümhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu terror təşkilatı PKK-nın qondarma Kürdüstan Demokratik Topluluğu/Türkiyə Masası (KCK/TM) strukturuna qarşı Diyarbəkir, İstanbul, Mardin və Şırnak daxil olmaqla 19 vilayətdə eyni vaxtda əməliyyat keçirib.
Xalqcəbhəsi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.
Məlumatda qeyd edilir ki, Diyarbəkirdəki əməliyyatda DEM Partiyalı Kayapınar Bələdiyyə həmsədri Çingiz Dündar, Mesopotamiya Qadın Jurnalistlər Cəmiyyəti (MKG) sədri Roza Metina, jurnalist Əhməd Sünbül, direktor Ardin Diren, Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqına üzv olan çox sayda müəllim nəzarətə alınıb.
Nəzarətə alınan şübhəlilər İl Təhlükəsizlik Müdirliyinə aparılıb.