
Belçika F-16-ları Ukraynaya təhvil verəcək
26 Avqust 20:14
26 Avqust 20:14
26 Avqust 19:15
26 Avqust 18:58
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Aydın məsələdir ki, artıq Gürcüstanın Mixail Saakaşvili hakimiyyətindən sonrakı dönəmində ABŞ ilə Rusiya arasında formalaşmış status-kvo şəraitində qalmasını istəmirlər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Politoloq qeyd edib ki, Qərb bütün gücü ilə çalışır ki, Gürcüstan Qərbin təsir zonasında qalsın: “Buna görə də artıq Gürcüstana qarşı təzyiqlər başlayıb. Mən düşünürəm ki, yaxın günlərdə hətta Gürcüstana qarşı ABŞ və Avropa İttifaqının sanksiyalarını görə biləcəyik. Gürcüstana qarşı izolyasiya başlayacaq. Eyni zamanda, Gürcüstan müxalifəti açıq şəkildə ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənəcək”.
T.Rzayev Gürcüstanda açıq şəkildə hakimiyyət mübarizəsi getdiyini vurğulayıb: “Bir tərəfdən Prezidentin də daxil olduğu etirazçılar və müxalifət ABŞ və Avropan İttifaqı ilə birlikdə mövcud hakimiyyəti devirmək və ya Rusiya ilə yaxınlaşmaqdan imtina etmək, Avropa İttifaqının inteqrasiya proqramına qayıtmağa məcbur etməyə çalışırlar. Digər tərəfdən mövcud hakimiyyət bütün əldə olan imkanlarla müxalifətin etirazlarını yatırmağa çalışır”.
Röya İsrafilova