Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
3 Dekabr 2024 13:22
3 017
Kreml Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya davamlı dəstəyi ilə bağlı mesajını şərh etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, burada nəyisə şərh etməyə dəyməz: "Çünki bu bəyanatlar hər gün müxtəlif Avropa dövlətlərinin nümayəndələri tərəfindən verilir. Onlar öz dağıdıcı xəttini və təxribatını davam etdirmək niyyətindədirlər. Bütün məqsədlərimizə çatmaq üçün xüsusi hərbi əməliyyatı davam etdiririk".
“Putin və köməkçilərinin Almaniya ilə təmasları davam etdirməsinin mənası varmı” sualına isə Kremlin sözçüsü belə cavab verib: "Əlbəttə var. Əlaqələri davam etdirməyin və onları yeniləməyin hər zaman mənası var. Prezident dəfələrlə bildirib ki, məqsədlərimizə çatmaq üçün dialoqa açıq qalır", - Peskov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Şolts Kiyevə səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsindən Putinə Ukraynaya dəsətəyini davam etdirəcəyi ilə bağlı mesaj ünvanlayıb.
26 Sentyabr 12:57
987
26 Sentyabr 12:51
966
25 Sentyabr 17:59
1 162