

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Harri Potter” qılıncının nüsxələrinin satışı qadağan edilib.
Sözügedən nüsxələrin Yaponiyanın silah qanununu pozması qadağaya səbəb olub.
Bidirilib ki, tam ölçülü nüsxələri taxta ekran lövhəsinə yapışdırılan "Godric Gryffindor" qılıncının 350-dən çox nüsxəsi "Warner Bros. Studio Japan" MMC tərəfindən hər biri 200 dollar qiymətinə 2023-cü ilin mayından bu ilin aprel ayının sonuna qədər satılıb. Lakin noyabr ayında səlahiyyətlilər şirkətə bu parçaların həqiqi qılınc kimi təsnif ediləcəyi qədər kəskin olduğunu bildirib."Warner Bros. Studios Japan" MMC öz saytında qılıncın qadağan olunması barədə bildiriş dərc edib.
Qeyd edək ki, Yaponiyanın sərt silah qanununa əsasən, uzunluğu 6 sm-dən çox bıçaq gəzdirmək qadağandır, o qanunu pozanları iki ilə qədər həbs cəzası gözləyir.