Putin Sərkisyana olan etimadını itirib Dünya

Putin Sərkisyana olan etimadını itirib

Dağlıq Qarabağla bağlı hazırkı durum, Ermənistanda Qərbə doğru meyllənmələr və Rusiyanın bu ölkədəki bazalarının gələcək taleyi Putini maraqlandıran ən əsas məsələlərdir.
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Moskva Ermənistan prezidentinə olan etimadını itirib:
"Rusiya establişmentinin Patruşev kimi ağır çəkili, xüsusi xidmət əməkdaşının Ermənistana səfəri müəyyən mətləblərdən xəbər verir. Hesab edirəm ki, bu səfər həm Ermənistandakı vəziyyətlə, həm də regional proseslərlə bağlıdır. Proseslər göstərir ki, Moskva Ermənistan prezidenti ilə bağlı ciddi götür-qoy edir. Zənnimcə, Rusiya Sərkisyanı Karen Karapetyanla əvəz etməyə çalışır. Çünki Dağlıq Qarabağla bağlı hazırkı durum, Ermənistanda Qərbə doğru meyllənmələr və Rusiyanın bu ölkədəki bazalarının gələcək taleyi Putini maraqlandıran ən əsas məsələlərdir. Görünür, Kreml bu məsələləri yerində həll etmək istəyir və ona görə də məhz Patruşevi təlimatlandırıb".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev martın 6-da İrəvana səfər edib. Səfərdə əsas məqsəd İrəvanda təhlükəsizliklə bağlı məsləhətləşmələr aparmaq olub.